Impreza WRX (turbo).
Maşın əla durumdadı. Zərbəyə düşməyib, xırda cızıqlar, əziklər olub və sağ tərəfdən səkiyə dəydiyinə görə arxa sağ təhlükəsizlik yastığı açılıb. Maşının bütün kosmetik işləri peşəkar rəngsaz və dəmirçi tərəfindən çox səliqəli görülüb. Bütövlükdə xamilyon göy rənglə yenidən rənglənib, kölgəli yerdə bənövşəyi rəng olur. Professional çəkilmiş burgundy rəngli dəri çexol.
"Xodovoy" və digər hissələri ilə bağlı da bütün xərcləri qarşılanıb, yeni sürət qutusu, yeni diferensial (most), mühərrik yeni yığılıb, yeni mufta, yeni səsboğucu, yeni akkumulyator, yeni kəmər, əlavə olaraq üstünə orijinal monitor, orijinal turbo pribor, blow off, manual turbo control, HKS (original yapon) turbo timeri (açarı söndürdükdə mühərrik sönmür, yarım dəq sonra sönür ki turbosu soyusun sonra), WRC yarışlarındakı STI spoiler və bumper lip quraşdırılıb (polis ilişmir). Maşına yalnız xüsusi Subaru ustaları xidmət göstərib (servisdəkilər yox, kənarda olan daha peşəkar və daha təcrübəli ustalar). Özüm yalnız 98 benzin tökürəm, amma 95-lə də problemsiz gedir. 92 məsləhət deyil (əsas da yerli olduğu üçün).
Maşının HEÇBİR xərci yoxdur. Nə xərci çıxsa qiymətindən çıxılacaq. Qiyməti də kifayət qədər dəyərindən aşağıdır. Bu mənim 6-cı Subarumdur. Hazırda 2 Subarum olduğu üçün birini əlavə xərclərimdən dolayı satıram. Xahiş edirik bunu adi 1.5 və ya 2.0 L İmpraza ilə müqayisə etməyin. Bu, necə deyərlər, başqa şeydi!!!