Motor və karobka yağı yeni dəyişib. Palirofkadan yeni çıxıb. Disklər AMG-dir. Altında ledlər var. Salon yeni yığılıb, ayaqaltılar dəyişib. Çox səliqəlidir. Asqı (peredok), karobka, motor problemi yoxdur, yaxşı vəziyyətdədir. Mercedesin ən dözümlü motorlarından biri M112 motordur. Bu qiymətə panorama çətin tapmaq olur. Təcili satdığım üçün sərfəli qiymət qoymuşam. Alverçilər xahiş olunur narahat etməsin. Ciddi şəxslərlə maşının yanında qiymətə az da olsa endirim etmək olar. Maşına baxmaq istəyənlər əlaqə yaratsın.