Motor və karobka əla vəziyyətdədir. Sükanın hündürlüyü tənzimlənir, kondisioner buz kimi vurur, lyuk işləyir, oturacaqların aşağı-yuxarı və arxaya-qabağa elektron tənzimlənməsi, oturacaqların isidilməsi, arxa görüntü kamerası, park radar, mərkəzi qapanma sistemi var. Akkumulyatoru 1 həftə olar almışam. Yağ yeməsi yoxdur. 100 km-ə 10-11 litr benzin işlədir. Maşının əvvəlki sahibi usta olduğundan maşına yaxşı baxıb, mən özümdə yaxşı baxmışam. Yəni çapılmış maşın deyil. Şəkillərdəndə göründüyü kimi maşının əla duruşu var. Maşının 150-200 manatlıq xırda-xuruş xərci var. Real alıcı ilə qiymətdə razılıq olacaq. Allah alanada satanada xeyir versin.