Maşın 2 ildir məndədir. Vuruğu, udarı yoxdur. Peredokun ehtiyyat hissələri sifarişlə gətirilib, yenidən yığılıb, səs belə yoxdur peredokda. Ucuz və keyfiyyətsiz ehtiyyat hissələrindən istifadə etməmişəm. Karopkanın yağı yeni dəyişilib, matorun rasxodnikləri dəyişilib. 4 yeni təkər, yeni akkumlyator alınıb. Gündəlik işə-evə sürülən maşındır, maşına vaxtlı vaxtında ancaq 1 ustanın yanında qulluq olunub. Sınıq salxaq Omegalarla müqayisə etməyin. Maşının lakı atan yerləri var, xərci nəzərə alınıb bu qiymətə qoyulub.