Maşın 5 ildir, məndədir. 2018-ci ildə 184.500 yürüş ilə almışam, hal-hazırda 281.500 yürüşü var. Mühərrik, turbo, forsunka, ümumiyyətlə yanacaq sistemi əla vəziyyətdədir. Mühərrik yağı hər 7 min km-dən bir keyfiyyətli alman yağı (Addinol) ilə dəyişdirilib. Yanacaq filteri yalnız orijinalından (70 AZN) istifadə edilib. Yanacaq həmişə bir YDM-dən (Lukoil) vurulub. Trabzona kimi sürülüb, sınaqdan çıxmış maşındır. Ucuz maşın alıb sonra ustalarda vaxt və pul itirmək istəmirsinizsə, bu qulluq olunmuş maşını almaq ağıllı seçimdir. İşin içində olanlar bilir, 2002-2005-ci illərin 140 at gücü ilə olan Sorentoları necə deyərlər, “daşdöyən”dir, yolunuzu ustaya salmaz. İki most üzərindədir deyə, peredoku da dözümlüdür. İstədiyiniz ustada yoxlatdıra bilərsiniz. Maşının son aylarda aşağıdakı xərcləri çəkilib:
• 262.000 km-də sürətlər qutusu (korobka) və razdatkanın yağı Addinol ilə dəyişdirilib, sükanın və əyləcin mayelərinə əlavələr olunub.
• 269.000 km-də ön və arxa əyləc qəlibləri (nakladka) dəyişdirilib.
• Mühərrikin yağı 279.000 km-də dəyişdirilib, hələ 286.000 km-ə qədər sürülə bilər.
• Antifriz mayesi hər iki ildən bir (qışqabağı) Liqui Moly istifadə edilir, vaxtına bir il var.
• Maşının elektrik sistemi yoxlanılıb, daxili və xarici işıq lampaları keyfiyyətlisi ilə dəyişdirilib (köhnələr də işləkdir, ehtiyat lampa kimi maşının üstündə veriləcək).
Texniki baxışdan keçirilmə və icbari sığorta vaxtı yay aylarına təsadüf edir. Üç tərəfi (ön, arxa və salon) eyni anda qeydiyyata alan Armada T3 videoreqistratoru və dövlət qeydiyyat nişanı maşının üzərində hədiyyə edilir. Alverçilər narahat etməsin, qiymət sondur, cüzi endirim yalnız maşının yanında ola bilər.