Təcili satılır!!! Barter olunmur!!! "Generalnıy" etibarnamə verilmir!!! Qiymətdə güzəşt olunmur!!!
Birinci əldir. Salondan 2006-cı ildə alınıb. Sahibi tərəfindən satılır. Salonda siqaret çəkilməyib. Daimi olaraq "KİA servis"də, original ehtiyat hissələrlə təmir olunub. Motor, karobka, kondisioner, işıqlandırma, radiator və s. hissələr ideal vəziyyətdədir. Vaxtı-vaxtında yağ və zəruri ehtiyat hissələri dəyişdirilib. Servis tərəfindən baxış sənədləri mövcuddur. Əsasən Bakının mərkəzində səliqəli şəkildə sürülüb və hazırda da gün ərzində 4-5 km məsafə üçün istifadə olunur. Heç vaxt böyük qəzaya düşməyib, kuza hissələri dəyişdirilməmişdir, yalnız arxa buferlər sürtülmüş və təmir edilmişdir. Təkərlərin tarixi 2019-cu il.
Təmirə ehtiyac olunan yerlər:
1. Qabaq sağ qapının ruçkasının elektronikası (hərdən qapını bağlayır);
2. Antena dəyişdirilməlidir;
3. Hərdən soyuq havada peredokda cüzi titrəmə hiss olunur (ehtimal edilir ki, rulevoydur, ancaq servis problemin olmadığını deyir).
Şərtlər:
1. Satış zamanı mütləq dərhal addan ada keçirilməlidir.
2. "Generalnıy" etibarnamə verilmir.
3. Qiymətdə güzəşt olunmur.
P.S. Zəngə cavab verilmədiyi halda Whatsapp ilə əlaqə saxlamanız xahiş olunur.