Volkswagen golf GTİ! Tam zavod istehsalı! Yığılma deyil! Mənasız ikitərəfli skotç ilə vurulan yazılar deyil, original avtomobil GTİ-dir!
2018-ci ildə amerikadan hərracdan yüngül zədə ilə alınıb və Bakıya gətirilib! Avtomobildə heç bir ciddi vuruq olmayıb! VİN nömrəsini əlavə etmişəm!
Probeq original KM ilə göstərilib, çəkilməyib, 262000 km probeq 10 illik avtomobil üçün 1 ilə 25-26000 yürüş deməkdir. Bu isə tam normal sürülmə deməkdir, çapılma deyil. Ömrünün əksər hissəsini isə Amerikada keçirdiyini, vaxtında orda qulluq olunduğu nəzərə alaraq bu yürüş ümumiyyətlə bu avtomobil üçün problem deyil!
GTİ olmasına baxmayaraq avtomobil əsas aqreqatları volkwagen passat cc-dir. Eyni 2.0 turbo mühərrik, eyni 6 pilləli DSG sürətlər qutusu. 7 pilləli deyil, 6 pilləli. Bilənlər bilir ki, bu sürətlər qutuları digər 7 pilləli qutulardan fərqli olaraq problem yaratmır. DSG sürətlər qutusunu "rasxod" və "problem" hesab edənlər ümumiyyətlə narahat etməsə yaxşı olar. Diqqətinizə çatdırım ki, dünyanın ən sürətli sürətlər qutularının təməli olan, ekonomluğu təmin edən, ani kəskin sürətlənməyi təmin edən, ötürmələri hədsiz tez həyata keçirən bu "korobka" ancaq baxımsız əllərdə problem yaradır. Hazırda sürətlər qutusu heç bir problem yaratmır, ötürmələri vaxtında və lazımi qaydada həyata keçirir.
Mühərrik də tam saz vəziyyətdədir. VAG qrupa xas olan yağ yeməyi təbii ki var, lakin bu turbo motorların xüsusiyyətidir, istənilən volkwagendə var. Kim ki deyir ki, motoru yağ yemir volkswagendə demək ki açıq yalan danışır. Turbo motorların zavod xüsusiyyətidir, qaçılmazdır. Lakin işləməyinə heç bir təsir göatərmir. Saat kimi çalışır. Perfomansı da yüksək səviyyədə. Gövdəsinin çəkisi çox yüngüldü deyə 6.5 saniyəyə artıq saatda 100 qədər sürətlənib adamı heyrətləndirir.
Zavod istehsalı üzərində olan səsboğucusunun səsi tam sport avtomobil idarə etməyinizi bir daha yada salır. Lakin bütün sistem tam qanuni və zavoddur. Katalizatorlar hamısı üstündədir. Yüngül popcorn effekti də var. DYP ilişmir. VİN nömrəsi ilə axtarışa vuranda hərracda eyni səsboğucular üzərindədir.
Salonunda elektron tənzimlənən kəskin yan dəstəkli (sport style) dəri oturacaqlar, D style qırılan sükan, iki zonalı climate control, qara tavan, sükandan idarə edilən sürətlər qutusunun lepestokları, bluetooth dəstəkləyən multimedia sistemi və s. kimi özəllikləri var. Avtomobilin klirensi standartdan fərqli olaraq daha aşağıdır, asqı sistemi sportdur, qanunidir, istənilən döngəyə rahatlıqla yüksək sürətlə daxil olmaq mümkündür. Faraları adaptivdir, original ksenondur.
Avtomobili 2-3 aydır almışdım. Fərqli formada yığmağı düşünürdüm. Sadəcə olaraq işimi köklü şəkildə dəyişirəm deyə sadə dizel avtomobil almaq məcburiyyətindəyəm. Avtomobilin kosmetik bir sıra xərcləri var, onları nəzərə alaraq qiymətini müəyyən etmişəm. Maşın sağlam maşındır, dağılmış, vurulmuş maşın deyil.
Qiymətdə real müştəri ilə yerində razılaşmaq olar. Unutmayın ki, limit seriya ilə istehsal edilmiş dünya şöhrətli avtomobil alırsız. Test-drive edib qurdunu öldürmək istəyənlər qəti narahat etməsin. Maşın nömrəsiz satılacaq. Avtomobilə etibarnamə verilmir, ancaq alqı-satqı yolu ilə alan adamın adına rəsmiləşdirilir.