Avtomobil bu mator ve bu komplektasiya ilə öz zamanının en yaxşı Subaru modelidir. Hem sportiv sürüş üçün həm də ailə avtomobili kimi yararlıdır. 3.0 mator və 6 slindirlidir (H6). Mator ve karopka ideal vəziyyətdədir. Demək olar bütün rasxodnikləri yenidir. Bakı şəhərində 3 ayrı yerdə ölüxanası, ehtiyat hissələri satılan mağazaları və ustaları mövcuddur. Bütün detalları tapılır və çox dözümlüdür. Benzin sərfiyyatı ekonom rejimde şəhər içi 11-12litr, trasda 7-8 litrdir. At gücü çox və 5 pilləli transmisiya oldugu üçün performanslı istifadədə sərfiyyat aşırı fərq etmir.
Asqı sistemi yumşaqdır. İçi və bagajı sinfinə görə çox genişdir. Altı çox hündürdü ( klirens 19mm) buna rəğmən yol tutması çox çox yaxşıdır. Ən üst komplektasiyadır:
- Geniş və tam açılan lyuk
- 2 zonalı klimat kontrol
- Güzgülərin elektron açılıb bağlanması
- 6 ədəd airbag, ABS, EBD və VCD (Vehicle Dynamics Control) təhlükəsizlik sistemləri
- İnteligence (ekonom), sport və sharp sport sürüş rejimləri
- Qabaq oturacaqların 8 istiqamətdə elektron idarə olunması
- Qabaq oturacaqların 7 pilləli qızdırılması
- Transmisiya keçidlərinin rul arxasındakı kəpənəklərdən və ya transmisiya başlığından idarə edilməsi
- Sportiv MOMO rul və alətlər paneli
- Simmetrik AWD sistem (subaruya özel 4 çeker sistem)
- Arxa duman işığı və şüşələrin qızdırılması vəs.
Qısacası özünə uyğun qiymətə hündür, geniş, güclü, erqonomik, eyni zamanda ekonom, etibarlı və uyğun qiymətli avtomobil axtaranlar üçün ideal seçimdir.
Whatsapp üzərindən mesajla əlaqə saxlamanız rica olunur.