Avtomobil 2011-ci ildə Almaniyadan gətirilib və həmin vaxtdan bizdədir. Heç bir problemi yoxdur, motor və korobka ideal vəziyyətdədir. Babamın yaşı çox olduğu üçün daha avtomobil idarə edə bilmir, bu səbəbdən satırıq. Avtomobili istənilən ustada yoxlada bilərsiniz. Gəlib baxsanız yəqin ki, xoşunuza gələcək. Avtomobilə binəqədi rayonu, Rəsulzadə qəsəbəsində (Azadlıq metro stansiyasının yaxınlığı) baxa bilərsiniz.