Avtomobil əla vəziyyətdədir. Qəzada iştirak etməyib, dəmirçı nədir bilmir. Təkərlər iyun ayında radiusdan alınıb, təp təzədir (Kumho). Həmin vaxt da peredokundakı xırda nasazlıqlar aradan qaldırılıb. Disklər çatsız, yeni kimi. Salonda cızıq-sökük yoxdur, üzlənib eləməyib, zavod necə buraxıb elədir. Çox səliqəli baxılıb, vaxtlı vaxtından qulluq olunub. Mühərrik, sürətlər qutusu ideal. Yağ azalma, yağ damcılama deyilən şey yoxdur. 3 rejimi var, Eco/Normal/Sport. Sportla sürəndə həqiqətən dəyişiklik hiss edilir. Satma səbəbim, daha böyük mühərrikli və geniş avtomobilə keçmək istəməyimdir. Fenomenal endirim istəyənlər boş yerə yığmasınlar. Real alıcıya simvolik endirim edərəm. Problemsiz avto axtaranlar buyurub zəng və ya whatsapp ilə əlaqə saxlaya bilər.