Maşın normal vəziyyətdədir. İkinci maşın kimi sürülür. Yüngül xərcləri var: Karopkanın salniki dəyişilməlidir, kollektır sıxılmalıdır, bir də cüzi kosmetik cızıqlar var. Bir də paduşkalarda boşluq var. Başqa maşında heç bir problem yoxdur. Bu xərcləri sadəcə işlə bağlı vaxt olmadığından etdirməmişəm. Maşının qiymətini bu xərcləri nəzərə alaraq qərarlaşdırmışam. Sığorta 10 gündü olunub. Texniki baxış müddəti bu ayın 25 idi ona qədər satılsa qiymətindən çıxılacaq bu vaxtdan keçsə özüm etdirəcəm. Motorun yağı yeni dəyişdirilib heç 1000 km getməyib. Təkərlər yeni alınıb əla vəziyyətdədir. Sükan zavoddan sağdadır yəni soldan sağa keçmə deyil. Xahiş edirəm real fikri olanlar vatsapda yazsın. Maşını almaq üçün tam fikri olana maşının yanında razılaşma yolu ilə yüngül endirim olacaq.