Salam. Motosikl əla vəziyyətdədir. 650cc mühərrik həcmidir, gedişi və sürətlənməsi əladır. Top speed 210 görmüşəm, yol açıq olsa daha da gedərdi deyə düşünürəm. Bütün rasxodnikləri dəyişdirilib, hava filtri , benzin filteri, bakın içindəki filter (benzinnasosla birgə) yenisi ilə əvəz olunub. Anlayışı olanlar bu illərdə istehsal olunan CF-lərin mühərrikinin daha dözümlü olduğunu deyir. Ön və arxa təkərlər Michelin. Arxa təkər 180.55.R17 ilə əvəz olunub. Sadəcə arxa naklatka dəyişilməlidir, 25-30 manatdır, vaxtım olmadığı üçün dəyişdirə bilmirəm. Səsboğucu sistemi dəyişdirilib, SC Exhaust qoyulub fərqli qazanla. İstəyə görə zavod səsboğucu ilə dəyişdirmək 10-15 dəqiqə vaxt alar , zavod konstruksiyasında heç bir kəsim-biçim olunmayıb. Qiymətdə razılaşsaq yan çantaları və top case , səsboğucu sistemi nə varsa üzərində qalmaq şərtilə verəcəm. Yox əgər daha aşağl qiymətə almaq istəsəniz, çantaları saxlayıb, səsboğucunu çıxarıb zavod qoyub qiymətdə razılaşa bilərik. Allah alana da satana da xeyir versin. Kredit yoxdur qətiyyən kreditə görə narahat etməyin, əlavə sual yaranarsa whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Satmağa heç tələsmirəm, satılmasa sezonda bir daha paylaşacağam.