Şəxsi avtomobilimdir. Original probeqdir. 2016 model, texpasport 2015. Bu qiymətə olmasının səbəbi:
1) Ön, salon və arxanı 24/7 çəkən, GPS dəstəkli 350 azn dəyərində 4K kamera dəsti.
2) 210 000 km-də sürətlər qutusunun yağı və filteri dəyişilib – 609 azn.
3) 18.05.2024 tarixində original Osram lampalar dəyişilib. Cütü – 230 azn.
4) 213 000 km-də original sep-başmaq dəsti dəyişilib – 720 azn.
5) 10.11.2024 tarixində reduktor yuyulub – 150 azn.
6) 11.11.2024 tarixində original EGR dəyişdirilib – 455 azn.
Və s.
Yağ, filterlər hər zaman 5000 km-dən bir dəyişilib. Original Shell 5-w30 yağı tökülür. Hər şeyin originalından istifadə olunub. Avtomobil 7 yerlikdir, bu səbəbdən ailə və fərdi istifadə üçün uyğundur. Tam dolu maşındır. Panoramik lyuk, yan pərdələr arxa və ön oturacaqların isidilib-soyudulması, sükanın qızdırılması, 3 sürüş modu (eco, comfort, sport), Car Play və Android Auto dəstəkli monitor, Auto-Hold və s. funksiyalar mövcuddur. Qeyri-adi, gözəl rəngə malikdir.
Bir sözlə, uzun müddət problem yaratmadan sürülə bilər.
Real alıcı ilə avtomobilin yanında real danışmaq olar, telefonda qiymət söhbəti edilmir.