Avtomobildə bütün görülməli işlər görülüb. Kimyəvi təmizləmə tam olunub (salon, baqaj və motorxana). Forsunka (injektor) və zaslonka yuyulub, şamlar dəyişilib, duman işıqları yenisi ilə əvəz olunub, ön, arxa və kapot rənglənib (yüngül cızıqlar olduğuna görə), ön oturacaqların dəri hissəsi yenilənib, sağ güzgünün şüşəsində çat olduğu üçün dəyişdirilib, bir sözlə xərc tələb edən bütün işlər görülüb. Asqı (xodovoy) sistemi əla vəziyyətdədir, çəkməyində heç bir problem yoxdur.