Avtomobili Florida-dan özüm üçün 11.07.2023-cü ildə gətirmişəm. Yalnız ev iş sürülüb. Taksidə qətiyyən istifadə edilməyib. Heç bir hissəsində rəng və dəyişən detal yoxdur. Şəkildə necə görürsünüzsə auksiondan da elə udulub, ( VİN kodu yazıb baxa bilərsiniz ) altı da üstü kimi tər-təmizdir. Zavod katalizator ABS batareya üzərindədir və yağ yemir. Heç bir problemi yoxdur, original yürüşdür. Hansı ustada harada istəsəniz yoxlatdıra bilərsiniz. Əlavə olaraq 4K 2 kameralı videoçəkilişə malik 70 mai videoregistrator quraşdırılıb. Qaraj şəraitində saxlanılır və yalnız həftəsonları istifadə olunur. 95 markalı benzin istifadə edilir. Təkər sensorlarından günəş panelinə qədər bütün funksiyalar tam işlək vəziyyətdədir. Alan şəxsə carfax və bütün şəkillərini ətraflı göndərə bilərəm. Avtomobilə yalnız bir servisdə bir usta tərəfindən qulluq olunub. Real alıcıya avtomobilin yanında cüzi endirim olunacaq. Qiymət avtomobilin cüzi kosmetik xərcləri nəzərə alınaraq təyin edilib.