BMW 330i zavod M "Individual" paketdir. Arxa çəkən modeldir və rəngi göy metallikdir (Portimao Blau (C31). Zavoddan 19"luq individual disk təkər + baqajda ehtiyat təkərlə gəlib. Avtomobil Amerikadan sərnişin tərəf ön krılo zədəsi ilə gəlib və bezkraska öz rəngində krilo qoyulub (təmir olunmayıb). VIN kodla rahat baxa bilərsiz Carfax da təmizdir istəyən adama göndərə bilərəm və heç bir airbag atmayıb. Daim 98 oktanlı benzinlə sürülüb və mühərrik yağı "Amsoil 0w20" istifadə olunub. Texniki olaraq heç bir problem yoxdur mator karobka asqı sistemi hər biri saz vəziyyətdədir istənilən yerdə yoxlatdırmaq mümkündür. Maşında olan əsas özəlliklər aşağıdakılardır:
- M sport paket
- M sport asqı sistemi
- M aerodinamika
- Harman Kardon səs sistemi
- Ambiance işıqlar
- Apple Carplay
- Telefonun simsiz şarj olunması
- Matorun uzaqdan işə salınması
- Açarsız daxil olma (bütün qapılarda)
- Adaptiv kruiz kontrol
- Ön oturacaqların qızdırılması
- Zolaqdan çıxma xəbərdarlığı
- Piyada və qəza əleyhinə avtomatik tormozlanma
- Baqağın ayaq jesti ilə açılması və s.
Xahiş edirəm ciddi olmayan şəxslər və qiymət öldürən alverçilər narahat etməsinlər. Avtomobilə hər gün səhər saat 10:00 dan axşam saat 20:00-a qədər gelib baxa bilersiz