Avtomobil 2021-ci ildən məndədir, avtomobil gündəlik sürülən maşındır, ailədə avtomobil servisi olduğuna görə hərşeyi vaxtı vaxtında dəyişilib və qulluq olunub.
Karopka yağı filteri 175000-də dəyişilib, bahalı yağla
Vanus, sep, başmaq 170000-də dəyişilib (Sveçalar da dəyişilib)
Benzin çəni, filteri təzəlikcə yuyulub təmizlənib. Probeginə görə bütün lazımi qulluqları edilib. Ağlınıza gələ biləcək ən xırda detallar belə orjinalı ilə dəyişilib.
Noyabrda sığortası yenilənib
Yenilikcə texniki baxışdan keçib. Burda olan bəzi çapılmış leş w204lərlə qarışdırmayın.
Bir sözlə maşında olan tək oşibka faralara görədir (Lupalı led qoyulduğu üçün) özünə ideal avtomobil axtaranlar buyura bilər. Zövqə görə ön oturacaqların kəməri qırmızı rəngə və ön radiator barmaqlığı dəyişdirilib.
Xaricə köçmürəm, təcili pul ehtiyac deyil. Xaricdən başqa avtomobil gəldiyi üçün satıram. Alverçilər narahat etməsin. Real alıcılarla qiymətdə razılaşmaq olar. NÖMRƏSİZ SATILIR. Avtomobilə baxarkən istəyən olsa nömrə ilə birgə razılaşaraq satmaq mümkündür. Ucuz qiymətə w204 alıb aylarla, həftələrlə ustalarda vaxt itirib, ustalarla dost-tanış ətrafını genişləndirmək istəyənlər narahat etməsin)
Avtomobilin nə xərci olarsa, qiymətdən çıxılacaq. Etik cəhətdən uyğun olmadığı üçün xahiş edirəm, 22:00 dan sonra narahat etməyin.