Avtomobil Amerikadan 2019 da gəlib. 5-ci ildi məndədir. Problem çıxaran avtomobil deyil. Mənfi və müsbətlərini yazacam, zəng vuran adam diqqətlə oxusun, nə mənim nə də
öz vaxtını almasın:
Müsbətlər:
• LT üzrə ən full komplektasiyadır (dəri salon, oturacaq qızdırıcı, 17-lik yüngül lehimli disklər, arxa əyləc diskləri).
• Park radarı ilə təchiz olunub.
• Ekonom avtomobildir (trasda 5.5 lt, şəhərdə 8 lt).
• Gözəl duruşu olan avtomobildir.
• Yalnız orijinal ehtiyyat hissələri və liqui moly yağı ilə xidmət olunub.
• Həm Aİ 92 həm də Aİ 95 markalı benzinlə rahat işləyir.
• Təkərləri təzədir.
• Texniki baxış və sığortası həll olunub.
Mənfilər:
X Kosmetik işləri var (boyası solub).
X Bir çox bu model avtomobillərdə olduğu kimi, altında nəmlənmə var (yağ azaltmayıb indiyə kimi).
X Mühərrik nömrəsi texniki passportda qeyd edilməyib.
Servisdən yeni çıxmış avtomobil axtaran, şor qiymətinə müftə qənimləri, ağız burun büzənlər narahat eləməsin.