2023-cü ildə Koreyadan özüm üçün getirmişəm. Azərbaycanda ilk sahibiyəm. Avtomobil tam olaraq BEZ KRASKADI, hətta buferlərinə belə rəng deyməyib. Original yürüş. Yanacaqı 100 km 5.5-6 litr işlədir. İstənilən yerdə yoxlada bilərsiniz. Barter olunmur.
Zolaq tanıma, ambians işıqlar, mühərriki məsafədən işə salma, Head Up, avtomatik idarə oluna bilən uzaqvuran led işıqlar, zolaqı dəyişən zaman arxadan hər hansı bir maneə gələrsə avtomatik tormozlama, öndə gedən avtomobil qəfil dayanarsa öncədən xəbərdarlıq və avtomatik tormozlama, istənilən qapını açan zaman arxadan hər hansı bir maneə gəlməsi barədə öncədən xəbərdarlıq, avtomobili saxlayıb düşdükdə arxa oturacaqlarda hər hansı bir əşyanın qalması barədə xəbərdarlıq funksiyası, tıxacda, svetoforda öndəki avtomobilin hərəkətə başlaması barədə xəbərdarlıq, baqajın avtomatik açılması, enişdə və yoxuşda avtomatik əl əyləci, 360 kamera, 2 açarı var, tam ponaramik lyuk, rulda kəpənəklər, car play, android auto, və.s