Avtomobil 2014-cü ildə salondan 0 kilometrlə alınmışdır. Yeganə sahibiyəm. Ancaq işdən evə, evdən işə sürülüb.
Avtomobilin xüsusiyyətləri aşağıdakı kimidir:
- hər hansı bir vuruq və ya detal dəyişimi olmayıb. Yalnız istehsalçı tərəfindən təyin olunan dövri detal dəyişiklikləri edilib;
- şəhər içi 100 kilometrə 12-13, trasda isə 8-9 litr yanacaq sərfiyyatı var;
- tam full salon;
- park radar;
- arxa görüntü kamerası;
- orijinal ksenon lampalar;
- kondisioner;
- oturacaqların isidilməsi və havalandırılması;
- orijinal tüninq edilmiş disklər;
- 4 çəkən;
- 4 müxtəlif rejimdə idarəetmə sistemi ilə təchiz olunub - qumluq, qayalıq, qarlı və palçıqlı;
- 4 mərtəbəli pnevma sistemi ilə təchiz olunub (şəkillər əlavə olunub). İstəyə uyğun olaraq düymə ilə dəyişdirilə bilinir və bu şəkildə, dağlıq və daşlıq ərazilərdə rahatlıqla idarə olunur;
- dəri salon. Hər hansı bir çızıq və ya zədə yoxdur. Həmçinin, kimyavi təmizləmə edilib;
- lyuku var;
- texniki baxışdan keçirilib. 2025-ci ilin sonunadək keçərlidir;
- icbari sığorta müqaviləsi təzə yenilənib;
- buzlu və sürüşkən şəraitdə idarə olunması üçün ayrıca sürüşməyə qarşı rejimi də mövcuddur.
Öz ilində (2014) ən yüksək və full komplektasiyaya malikdir. Avtomobil tam ideal vəziyyətdədir. İstənilən servisdə yoxlada bilərik, tam cavabdehəm. Mühərrikdə və sürətlər qutusunda hər hansı bir səs, nasazlıq, gecikmə, qızma yoxdur. Avtomobil həm AI95, həm də AI92 yanacağı ilə idarə oluna bilər.
Avtomobilə baxmaq üçün əlaqə saxlaya bilərsiz. Həftəiçi iş saatlarında Koroğlu metrosu yaxınlığında olacaq. Axşamlar Sulutəpə qəsəbəsində baxa bilərsiz.
KREDİTƏ VƏ LİZİNGƏ SALINMAĞA KMƏK EDİLƏCƏK.