Bütün məlumatlar aşağıda qeyd olunub. Xahiş olunur diqqət ilə oxuyun ki, zəng edib, yazılan məlumatı bir daha soruşmayasız.
"Yaponka", zavod SOL sükan.
3 açarı var.
Avtomobilin zərbəsi və vuruğu olmayıb.
Avtomobilə daim ideal qulluq olunub. 5000-dən bir yağ dəyişilib. AMS Oil 5W-40. Bütün digər mayelər ən azı ildə bir dəfə yenilənib. Avtomobil daim 95 yanacaq ilə sürülüb. Ehtiyyat hissəsi dəyişərkən original ehtiyyat hissələri ilə dəyişilib. Bü günə kimi görülən bütün işlərin siyahısı yürüş ilə birlikdə yazılı şəkildə var. Daim qaraj şəraitində saxlanılıb. Hər bir funksiya işləkdir. Zavod M-Tech(Paket)
Elektro pər.
Original BBS RS 2 R18. Disk 3 hissədən ibarətdir. Arxa 10J, qabaq 8,5J. Çatsız, qaynaqsız. Yeni təkərlər. Təxminən 3000$ qiyməti var
Original Magnaflow səs boğucu sistemi(Orta rezonator + arxa qazan). Amerikadan yeni vəziyyətdə sifariş ilə gəlib.
Supersprint analog "Pauk" çıxış kollektoru. DYP ilə problem olmur(Səs boğucu sisteminin qiyməti ümumillik də 4000 AZN təşkil edib)
Səsi eybəcər, qulaq batıran deyil. Səliqəli və xoşagələn səsi var.
Original Wiechers "rasporka" - 300$
Original H&R yaylar
Arxa, qabaq dinamiklər Hertz midbass + Sony səs gücləndirici 600W (Köhnə model)
Android monitor 6GB RAM 128 GB yaddaş. Carplay dəstəkləyir. Üstündə zavod maqnitola da veriləcək.
Qabaq faralara Lumar qoruyucu örtük çəkilib
Güzgüyə keçən Xiaomi registrator.
Sükan Nappa ilə üzlənib.
Üstündə zavod səs boğucu sistemi də veriləcək zavod katolizatorlar ilə birlikdə.
Endirim haqqında yalnız avtomobilin yanında söhbət edəcəyik.
Avtomobilimə güvənirəm, istənilən servisdə yoxlatdıra bilərsiz.