Salam, 30 ilin maşınıdır. Yüngül əzikləri var, Ön buferdə və arxa buferdə. Əziklərin şəkillərini yükləmişəm, baxa bilərsiniz. 05 Yanvar 2025-ci il tarixdə təkərlərin 4-də dəyişdirmişəm. Kondisioner işləyir, Ön oturacaqların qızdırılması və lyuku var. Maşında hal-hazırda karopkanın yağını dəyişdirməyə ehtiyac var. Onuda maşının qiymətindən çıxacam.
Xahiş edirəm, zəng edərkən maşının keçən il yox 30 il əvvəl istehsal olunduğunu nəzərə alıb zəng vurun, yəni "Burası əzikdi qiymətdən düş", "Burasının rəngi gedib qiymətdən düş" deyib aramızda münaqişə yaratmayaq. Başa düşürəm heçkim pulu küçədən toplamır, əziyyət çəkib qazanırıq, lakin maşının qiymətidə fantastik deyil, insaflı bir rəqəm demişəm.
Diqqət: maşın hal-hazırda Beyləqandadır. Lakin: 01 Fevral və 02 Fevral tarixlərində Bakıda olacaq.
Diqqətiniz üçün minnətdaram, Allah hər birinizə daim şadlıqlarda və xeyirlərdə sürəcəyiniz maşın qismət etsin