Avtomobili Amerikadan öz istifadəm üçün 2019-cu ildə gətirmişəm və Azərbaycanda yeganə sahibi mən olmuşam. Yaxşı xidmət olunan maşındır. 2-ci maşın, ailə maşını olaraq istifadə olunub, uşaqların məktəbə aparılıb gətirilməyi üçün istifadə olunub. ODOmetr millədir. Maşın əla vəziyyətdədir, hazırda istifadə olunur. Qaraj şəraitində saxlanılır. Hibridin akumulyatorları da yoxlanılıb və 2-si nisbətən zəif olduğuna görə servisdə dəyişilib. Pakello 5-20 yağı istifadə olunub və heç vaxt 92 benzin istifadə olunmayıb (92 ilə sürənlər çoxdur), ancaq 95 oktan tökülüb. Avtomobil texpasportla öz adımadır və satılanda da ancaq addan ada keçirdiləcək.