TƏCİLİ!
Jeep Grand Cherokee Overland ideal vəziyyətdədir və heç bir problemi yoxdur. Avtomobil əfsanəvi 5.7 HEMI mühərrik.
Mühərrikdən anlayışı olanlar bilir ki, bu mühərrik nə qədər dözümlü və etibarlıdır. Yanacaq sərfiyyatı şəhər içində 17-19 litr, magistral yollarda isə 9-11 litr təşkil edir. Yürüş (probek) orijinaldır. Maşında dəyişən detal yoxdur, bütün hissələr orijinaldır. Bu model orijinal OVERLAND versiyasıdır və sadə Limited deyil. Yan güzgülərdə kor zona xəbərdarlıq sistemi və avtomatik qaralma funksiyası var. Keyless Go sistemi, ön oturacaqların soyudulması, sükan və bütün oturacaqların qızdırılması mövcuddur – qısacası, avtomobil ən full komplektasiyadadır
Avtomobil rəsmi servisdən alınıb. Yeni təkərlər və bahalı BI-LED işıqlar quraşdırılıb. Offroad həvəskarları üçün tam uyğundur, çünki ön və arxa oxların (mostların) bloklanma funksiyası mövcuddur və çətin relyeflərdə rahat hərəkət etməyə imkan verir. Bundan əlavə, avtomobildə adaptiv kruiz-kontrol sistemi də mövcuddur ki, bu da uzun məsafəli səfərləri daha rahat və təhlükəsiz edir.