Almaniya bazarı üçün yığılıb. Leş C200lərdən deyil, maşında heç bir əlavə səs yoxdur. Kondisioner həm isti, həm soyuq yaxşı işləyir, 2 dəqiqədən az müddətə maşını buz kimi (və ya isti) edə bilir. Bu maşının əsas üstünlüyü odur ki, 1997 maşını olmasına baxmayaraq ustaya çox az gedirsən, 2-3 ildə dəyişən vaxtı çatan ehtiyat hissəsi varsa yalnız onda gedə bilərsən, gündə bir problemi çıxan çeşkalardan deyil. Bir sözlə alan adam uduzmaz. Alverçi deyiləm, maşın öz adımadır. Sənədləri qaydasındadır, alan adam öz adına rahat keçirə bilər, istəsə etibarnamə ilə də sürə bilər. Alana xeyirli olsun.