Maşın 2021-ci ilin noyabr ayında Koreyadan 148000 km yürüşlə şəxsi istifadə üçün gətizdirilib və TƏCİLİ olaraq satılır. İnternetdə Koreyadan gələn maşınların VİN kodlarına baxmaq mümkün olmadığı üçün əlavə ödənişlə Koreyada maşının keçmişinə baxılıb və original yürüşdə olması təsdiqlənib. Hal-hazırda 193000 km-dədir və ölkəyə gətirildikdən sonra sürətlər qutusu yağı dəyişdirilib. Motor yağı olaraq isə Shell Helix Ultra 5/30 yağından 5000 km tamamlanmadan dəyişdirilib (Kitabçada tarixlər mövcuddur). Şəxsi istifadə üçün nəzərdə tutulduğu üçün baxımı vaxtı-vaxtında edilib, sərfiyyat materialları ya original malla ya da A class mallarla dəyişdirilib. 2022-ci ildə Raduius təkər mərkəzindən 750 AZN dəyətində Goodyear 4 fəsil təkərləri alınıb və təkərlər hal-hazırda yaxşı vəziyyətdədir. Maşın demək olar ki, şəhər içi sürülüb və 92 oktanlı benzinlə rahat şəkildə çalışır. Maşında xüsusiylə arxa qapılarda və dam hissədə günəşdən dolayı rəng solmaları olduğu üçün 2023-cü ilin yayında işini bilən ustada dam hissədən başqa bütün digər hissələr yenidən rənglənmişdir. Rənglənmə yaxşı olduğu üçün heç cilalamaya ehtiyac qalmamışdır. Maraqlanan şəxslərə rənglənmədən öncəki videoları göndərə bilərəm.
ABS və EBD sistemi
Hava yastıqları (ön və yan)
Kondisioner və ya ikili zonalı klimat-kontrol
Dəri salon
Ön tərəfdə videoqeydiyyatçı
Geri baxış kamerası və park sensorları
Ötürücü: Ön ötürücü (FWD)
Sürətlər qutusu: 5 pilləli avtomat
2.0 L benzin
Orta yanacaq sərfi: 8 – 10 litr/100 km
Ətraflı məlumat üçün telefon vasitəsiylə əlaqə saxlaya bilərsiniz. Zənginizə cavab verilməsə whatsapa yaza bilərsiniz. Maşına həftəiçi saat 7-8-dən sonra, həftəsonu isə öncədən vaxt təyin etməklə Həzi Aslanov, Gəncə prospekti (Xəzərin dairəsi) tərəfdə baxış keçirilməsi mümkündür. Təcili satıldığı üçün real alıcıya endirim olacaq.