Citroen C3 Picasso Exclusive modeli. Texniki olaraq hər bir detalı əla vəziyyətdədir. Kuzası ilinə uyğun xırda kosmetik iş görə bilər alıcı, lakin hal hazırda durumu yaxşıdır deyə əlavə xərcə ehtiyac duyulmur. Vaxtı vaxtında avtoya qulluq edilir və hər 5 min km. gərəkən yağ və filtr yenilənir. Avtoya Badamdarda yerləşən servisində qulluq edilir və orada tam tarixçəsi mövcuddur. Xərc tələb edən ehtiyyat hissəsi yoxdur. Damı tam panoramadır. Ailə avtosudur və 2020-ci ildən məndədir. Bu müddət ərzində hər hansı bir qəzada iştirakçı olmayıb. Hər hansı bir cəriməsi yoxdur. Sığortası yenilənib və bir ay ərzində texniki baxış vaxtı çatacaq (onun xərci qiymətdən çıxılacaq). Avtoda siqaret çəkilməyib. Təqribən bir il öncə salonun kimyavi təmizlənməsi edilib və həmən sonra oturacaqlara üzlük vurulub. Məndən öncəki sahibi avtonu səfirlikdən almış səliqəli sürücü idi. Maşın Fransanın premium sinifi brendidir və konkret bu avto Exclusive modelidir C3 Picasso olaraq (yan tərəfdə Exclusive nişanı da bunu təsdiq edir). Arxa ayaqaltılarnda əlavə iki ədəd əşya üçün yeri və salonda olanlar üçün əlavə açılan güzgüsü var. Avto nömrəsi üzərində təqdim edilir. Özündən azca baha (20000 kimi) SUV ilə barter edilə bilər, çünki satmaqda məqsəd SUV-a keçməkdir.