Salam, hər vaxtınız xeyir olsun.
Avtomobil ideal vəziyyətdədir.
Şəxsi öz avtomobilimdir, vuruğu, udarı yoxdur. Motor, karobka, xadavoy əla vəziyyətdədir. Ekonom avtomobildir, 1.4 litrlik benzin ekotec mühərriklə təchiz olunub, yanacaq sərfiyyatı 100 km üçün 6 litr təşkil edir. Bu avtomobillə maraqlananlar, məlumatı olanlar bilər ki, ekonom olmasına baxmayaraq həm də cəld avtomobildir.
Probeq tam originaldır, 2013-cü ildə Chevrolet servisindən alınıb və mən 2-ci sahibiyəm.
Avtomobil istənilən yerdə, servisdə alıcı tərəfindən yoxlatdırıla bilər.
Təkərlər yaxşı vəziyyətdədir, salonda cırıq, sökük yoxdur, avtomobil zavod original sensorlu monitor ilə, təchiz olunub, cruise controll, lyuk var.
Avtomobildə cüzi kosmetik işlər görülə bilər. Kosmetik işlərlə əlaqədar detalda ksok rəngləmə olub sadəcə. Real alıcıya bu səbəbdən endirim olunacaq.
Bütün rasxodniklər ödənilib, yağ yeni dəyişdirilib, texniki baxış, icbari siğorta yenicə olunub.
Pula ehtiyac olduğu üçün satılır.
Real alıcı ilə yerində qiymətdə razılaşmaq olar. Xahiş olunur qeyri-ciddi şəxslər narahat etməsin. Alverçi deyiləm, şəxsi maşınımdır, cavabdehəm. Avtomobil Sumqayıtda olsa da real alıcı üçün Bakıya da gətirilməsi mümkündür təbii ki.
Həqiqətən özünə ekonom, cəld, kompakt və rahat avtomobil axtaran şəxs üçün ideal, necə deyərlər otur sür avtomobildir.