2025 Leapmotor C16 intelligence driving 580 version pure electric. Bu model və versiadan (lidarlı) Azərbaycanda sadəcə bir ədəd var. Li9 la eyni keyfiyyət eyni konfort çox daha ucuz alternativ. 2025 ci il fevral ayında istehsal olunub və aprel ayında Bakıya gətirilib. Çox böyük yumuşaq və econom maşındır. Ev şəraitində şarj etdikdə 100 km üçün sadəcə 1.8 manatliq işıq pulu yazır. Avtomobil üçün Azərbaycanda olmayan Çinin daxili bazarından xusisi olaraq bu avtomobil üçün istehsal olunan onlarla aksesuar gətirilib (7000+ azn). Gözlə görülə biləcək bütün daxili və xarici detallar qoruyucu ploynka ilə qorunub. Bütün kuza full ppf olunub və 8 il qarantiyası var (+6000 azn) Avtomobil üçün xüsusi 5d ayaqaltilar+ rezin ayaqaltilar (800 azn) sifariş edilib. İkinci ekranda simsiz android auto və carplay dəstəyi var. Sadəcə qaraj şəraitində saxlanılıb və ancaq yodsuz filtirdən keçmiş yumşaldılmış su ilə yuyulub. Avtomobil haqqinda deyiləcək hədsiz təfərrüat var. Avtomobilin yanında ətraflı məlumat veriləcək. İdmanla əlaqədar bir neçə illik ölkə xaricinə çıxdığım və qarajda qalıb köhnəlməsini istəmədiyim üçün satıram.