Kia servisdən 2008 ci ildə almışam və 5 il qarantiya ilə servisdə qulluq olunub və bu günə qədər məndədir. Ailə maşını kimi istifadə olunur. Orijinal probeq və ilk sahibiyəm. Demirəm ki bu maşın idealdır, lakin nəyi var hamısını bilirəm. Təbii ki, Bakıda bu normal hal olduğu üçün maşını arxadan dəfələrlə günahım olmadan propkada vurublar. 1-2 dəfə isə mən vurmuşam. Qısacası udarı yoxdur lakin bəzi yerlərdə cızıqlar olduğu üçün (məhlədə saxlayanda uşaqlar eləyiblər) maşını tam kraska elətdirmişəm. Çox təhlükəsiz maşındır - 10 hava yastığı və demək olarki hər şey işlək vəziyyətdədir. Avropa istehsalıdır.