Maşını 2 il öncə şəxsi istifadəm üçün Amerikadan gətizdirmişəm. 214,000 km-lə alınıb, 2 il ərzində cəmi 25,000 km şəhər içi ev-iş sürülüb. Arxa sağ krılodan yüngül zədə ilə alınıb (Vin kod qeyd edilib), çaşka və link original ehtiyat hissələri ilə dəyişdirilib. Maşının karobka və motor yağı, həmçinin akkumlyatoru təzəlikcə dəyişdirilib. Yalnız premium Rowe yağından istifadə olunub, motorun yağı hər 5-6 mindən bir yenilənib, servis kitabçası var. Sveçalarının hamısı yenilənib, amerikadan alınan original NGK ilə dəyişdirilib. Motor, karobka, hybrid sistemi, elektronikası əla vəziyyətdədir. Salonda sökük, cırıq yoxdur, səliqəlidir. Sərfiyyatı şəhər içi sürüşdən asılı olaraq 6-7ltdir. 92 benzinlə sürülməsi zavod tələbidir. Maşının digər özəllikləri aşağıda qeyd olunub. İli təzə maşın alınması məqsədi ilə satılır. Barter təklifləri edə bilərsiniz. Son qiymətlə bağlı maşına baxdıqdan sonra danışmaq olar.
- Açarsız daxil olma;
- Start/Stop;
- Arxa və yan (kor nöqtə) görüntü kamerası;
- 7 düymlük sensor monitor, bluetooth, usb, aux girişi;
- ECO rejim;
- LDW - Zolaqdan çıxma xəbərdarlığı;
- Auto hold - əyləci avtomatik saxlayan sistem;
- FCW - qarşıdakı maşınla toqquşma xəbərdarlıq sistemi;
- Multi rul;
- Cruise control;
- Climate control.