Jeep Wrangler Unlimited
Avtomobil Jeep rəsmi dillerdən alınıb!
2 ci sahibiyəm, Bu günə kimi yaxın tanışımda olub və 3 cü maşın kimi istifadə edilib. Göründüyü kimi avtomobil zövqə uyğun yığılıb və yaxından şəkildə göründüyündən daha cəlbedicidir. Hər Wranglerin bu cür duruşu olmur, yəqin ki Wranglerdən başı çıxanlar anlayar.Avtomobilə 17 min manatdan çox pul qoyulub(usta xərcləri daxil deyil).Təkcə kapotu 2000$-a amerikadan gətizdirilib.Təkərlər yeni və 4 fəsilə uyğun təkərlərdi.Offroadda qətiyyən sürülməyib, pis hava şəraitində ümumiyyətlə istifadə edilmir. Avtomobilin mühərrik sisteminə bütün qulluqlar vaxtı vaxtında və servis tərəfindən olunur. Bu günə kimi görülən bütün işlər yaddaş kitabçasına qeyd edilib. 92 benzinlə çalışır və çox ekonomludur.Avtomobilin modifikasiya imkanları çox genişdir,istəkdən aslı olaraq off-road üçün geniş əlavə təchizatlar yerləşdirilə bilər. Üzərində 0 la başlayan nömrə var.Satmağa tələsmirəm. Real alıcıya avtomobilin yanında endirim edərəm.Barter qiyməti fərqli olacaq, üstünlük verilir G30 2017+ və E clas 2016+ modellərə. Şəhərdə avtomobili ilə seçilmək istəyənlər buyurub əlaqə saxlaya bilər.