Toyota bZ3X 610 Max – Full komplektasiya
Toyota bZ3X 610 Max – tam elektrikli sedan modelləri arasında öz kateqoriyasında ən yüksək səviyyəli versiyadır. Zavod sifarişi zamanı əlavə olaraq aşağıdakı opsiyalarla təchiz olunub:
• Damın və sütunların qaraldılması – 600 USD
• Original stasionar adaptor (divar üçün) – 550 USD
• Daşınabilən adaptor – 100 USD
• Oturacaqların isitmə və soyutma paketi – 450 USD
• Yamaha premium səs sistemi və 19-luq yüngül lehimli disklər – 600 USD
Bu versiya digər modellərlə müqayisədə daha böyük batareya həcminə, uzun yürüş məsafəsinə və yüksək at gücünə malikdir. 610 Max versiyasında 224 at gücündə (165 kW) elektromotor istifadə olunur və yalnız ön ötürücüdür (FWD). Avtomobil təkpilləli reduktor sürətlər qutusu ilə təchiz edilib.
Şəhərdaxili və uzun məsafəli istifadədə maksimum komfort və texnoloji üstünlüklər təqdim edən bu model, həm dizaynı, həm də funksionallığı ilə seçilir.