Avtomobil tam ideal vəziyyətdədir. Modelin GT və ən FULL versiyasıdır, 305 At Gücü, 2014 və daha sonrakı buraxılış illərində GT versiyalar mövcuddur (SE və SXT versiyaları ilə səhv salmayın, onlar 286 at gücü olur və digər fərqləri var) mühərrikdən başlayaraq 2 katalizator və tam arxa buferə kimi 2 zolaq səs boğucu sistemi gedir (Challenger modeli kimi). Orijinal 20”-lik SRT diskləri. Təkərlər 275/45R20 cəmi 15.000 sürülüblər. Zavod tərəfindən quraşdırılmış Alpine səs sistemi (10 dinamik, 1 bassovik və səs gücləndirici) akustikası möhtəşəmdir. Oturacaqların soyudulması və isidilməsi. Orijinal və zavod qırmızı perforasiyalı Nappa Dəri (Ancaq full versiyalarda olur) soyutma sistemi işləməsi üçün. Uzaqdan mühərriki işə salma zamanı, yayda salonu müəyən dərəcədə soyudur, qışda isə isidir (gödəkçəsis oturacaq səviyyəyə qədər). Yoxuşda herekete yardım sistemi, avtomobilin arxaya axmasına imkan vermir. Orijinal LED duman işıqları (halogen və çinin taxma ledi deyil) şəkili əlavə edilib. Orijinal linzalı və ksenonlu yaxın vurma işıqları. Avtomobilin heç bir zərbə və qəzası olmayıb, 90% detalına rəng deyməyib, ancaq 2 detalında rəng var (darvaza cızıb və sürtüb qaçıblar). Ancaq orijinal Mopar yağından və ehtiyat hissələrindən istifadə edilib. Avtomobildən 2-ci maşın kimi istifadə edilib, bu səbəbdən Yürüş tam orijinaldır. 2015-ci ildə rəsmi dilerdən alınıb. 8 pilləli sürətlər qutusu. 92 benzinlə rahat və gözəl işləyir. Benzin sərfiyyatı şəhər daxili 13-14 litr, trasda 6-7 litr.