Salam. Avtomobil çox səliqəli saxlanılıb, full versiyadır və bugün üçün xərc tələb etmir. Mator və karopka ideal vəziyyətdədir. Karopkanın yağı yeni dəyişilib. Mator yağı 6000 km də VİVA yağdəyişmədə təzələnir və hər dəfə bütün filterlərin yenisi qoyulur.
10 gün əvvəl yeni təkərlər alınıb (600 m).
Avtomobildə 2 ay əvvəl polirovka, keramika, salonda kimyəvi təmizləmə işləri aparılıb, oturacaqlar yenidən bərpa edilib, salonun qapı tutacaqlarında, ön paneldə olan boz hissələr qara mat rəng ilə əvəz olunub (1100 m xərc çəkilib).
Zavod buraxılışı olan arxa görüntü baxışı, ön və arxa oturacaların qızdırıcı funksiyaları, plyonka ilə üzlənmiş lyuku tam işlək vəziyyətdədir. Ön faralarda olan zavod işıqlar limon sarısı işıqlar ilə əvəz edilib. Avtomobil öz adımadır alan şəxs öz adına keçirəcək.
Tək problem sürücü oturacağının kürək hissəsinin matoru işləmir, o da satış qiymətindən çıxılıb (100 - 150 m arası xərci var).
Özünə baxımlı, problemsiz avtomobil axtaranlar və real alıcılar əlaqə saxlasın.