Avtomobil səliqəli şəkildə idarə olunub və vaxtlı vaxtında qulluq olunub. Azərbaycandakı ilk sahibi mənəm. Mühərrikin yağı hər 5000 km-dən bir dəyişdirilib və bahalı yağ istifadə olunub.
Heç bir problemi yoxdur. Mühərrik və elektrik sistemi tam işlək vəziyyətdə və problemsizdir. Sürətlər qutusunun yağı yeni dəyişdirilib. 4 yeni Kumho təkər 10 ay əvvəl qoyulub. Avtomobil zərbəyə məruz qalmayıb.
Avtomobil 7 yerlikdir. Panorama lyuk ilə təchiz olunub. Ön və arxa oturacaqların isidilməsi, sürücü oturacağının ventilyasiyası var. Yağış sensoru, park radar, arxa görüntü kamerası var. Android monitor quraşdırılıb. Alıcıya avtomobilin ilkin radio maqnitafonu da təhvil veriləcək.