Sual verilməzdən əvvəl yazılanı oxuyun!
Vatsap zənglər qəbul olunmur, şəkil atılmır.
Zəngə vaxt olanda cavab veriləcək.
Endirim maşına baxılanda yerində real alıcıya deyiləcək. Maşına baxmaq ancaq real alıcı üçün saat 21:00-22:00 Bakida Avtovaqzal tərəf.
Təkrar eyni şey deyilməyəcək.
Etibarnamə 1 dəfə verilir.
Maşın 2008 ci ildə Nissan servisdən alınıb ilk sahibiyəm. 10 il servisdə qulluq olunub.
Hər 6000-7000km yağı vaxtında dəyişilir. Yağ yeməyi qəti yoxdur.
Ön və arxa bamperlərin təmirə ehtiyacı var. Şpilkası atıb.
Sol ön qapı dəyişilib (sürücü tərəf) qalan dəyişilən detal yoxdur. Amma rənglənib bamperlər və (lodka) sol arxa və sağ arxa yüngül sürtülmiş olduğu üçün.
Mühərrik və sürətlər qutusunda problem yoxdur. Maşın gündəlik işlənir.