Hyundai Santa Fe Hibrid 2023 | FULL paket | 38.000 km | BEZKRASKA | Mirvari rəng
Maşın 2023-cü il model Hyundai Santa Fe Hibriddir. 01 iyul 2025 tarixində Koreyadan şəxsi istifadə üçün gətirilib. Alverçi deyiləm, BEZKRASKA maşındır, nöqtə belə rəng dəyməyib, buferdə də daxil olmaqla heç bir kosmetik və ya texniki problemi yoxdur. Orijinal yürüş – 38.000 km. İstənilən yerdə yoxlatmaq mümkündür, rəsmi servisdə qarantiyaya salmaq da olar.
⛽️ Yanacaq sərfiyyatı:
• Şəhər içi: ~6.0 L / 100 km
• Uzun yol: ~5.5 – 6.0 L / 100 km
✅ Komplektasiya və funksiyalar:
FULL paket
Rəngi: Ağ Mirvari (Pearl White) – içində zərli effekt
360 dərəcə kamera + arxa görüntü kamerası, kor nöqtənin həm yan güzgülərdə həm Head-Up Displeydə görünməsi
Dəri salon, oturacaqların həm isitmə, həm soyutma funksiyası
Uzaqdan işə salma, qışda sükan isidilməsi və kondisioner, yayda ventilyasiya və kondisioner avtomatik aktiv olur, hava temperaturuna uyğun
Maşını pultla irəli və geri hərəkət etdirmək mümkündür, dar parkinq zonada çox faydalı funksiyadır
Zolaq tanıma və zolaqda saxlama sistemi, adaptiv kruiz kontrol (xüsusilə uzun yol sürəndə çox kömək olur, maşın rahat öz-özünə dönür, qarşıdakı maşınla məsafə saxlayır)
Elektron əyləc və Auto Hold (şəhərdə tıxacda ayağı daimi tormozda saxlamağa ehtiyac qalmır)
Avtomatik açılan baqaj qapısı (aktiv edilərsə, bir neçə saniyə maşının arxasında dayananda baqaj açılır)
2 zonalı avtomatik klimat kontrol
LED ön və arxa faralar
Park radarları (ön və arxa) - həm səsli, həm də ekranda aktiv görüntü ilə maneəni göstərir
Böyük sensor ekran, Apple CarPlay / Android Auto
Kruiz-kontrol, çoxfunksiyalı sükan
Alkantara dəri tavan
Orijinal açarlar
Maşın hazırda sürülmür, qarajda saxlanılır. Ağ Şəhər və ya Həzi Aslanov metrosu tərəflərdə baxmaq mümkündür.
Real alıcı ilə qiymətdə razılaşmaq olar. Ciddi şəxslərə simvolik endirim ediləcək.