Hamıya salam. Avtomobil plug-in hybrid'dir.
Bir şarjla, 70 km-ə qədər yol qət edə bilər. Batareya dolu olduqda, tam boşalana qədər istənilət sürətdə sürülə bilər. Yani batareya varsa, 70 km-ə qədər olur, elektro mobil. Batareya bitəndən sonra isə, hybrid rejiminə keçir. Loru dillə desək, çevrilir olur prius sistemi. Maşının sürətlənməsi 0-dan 100ə 9 saniyyədir. Maşının tam kasko sığortası var.(950 manat ödəmişən) Prius rejimində şəhər içi 4-5 litr, şəhər kənarı isə 5-6 litr yanacaq sərf edir. 92 yanacaqla işləyir, amma premium yanacaq tökürəm. Avtomobilə servisdə qulluq olunur. Antifriz, yağ yeni dəyişilib. Ümumiyyətlə avtomobilimə yaxşı baxıram. Almaniyadan, 30 min manatdan aşağı gəlmir. Mobile.de saytından baxa bilərsiz. Ümumiyyətlə avtomobili digər Opel markaları ilə müqayasiə etməyin. Tam keyfiyyətli və dözümlü avtomobildir. 2021 ci ildən idarə edirəm (Azərbaycana gələndən) bu günə qədər heçbir ehtiyyac hissəsi sıradan çıxmayıb. Avtomobil 2012 ci ildə, Avropada ilin avtomobili mükafatını qazanıb. (internetdən yoxlaya bilərsiz.) Ümumiyyətlə maşını almazdan əvvəl tövsiyyə edərdim ki, Youtube'dan araşdırasız. Avtomobil haqqında özüm çəkdiyim qısa videolarım mövcuddur. TikTok-da Opel ampera Baku yazsanız videolar gələcək. https://www.tiktok.com/@natiq_h?_t=ZS-8xox7wmR0nA&_r=1Whatsapp-a yazsanız videoları və ya linki göndərə bilərəm.