Alverçi deyiləm. Özüm üçün gətirmişdim, sadəcə maşının gəliş müddətində şəxsi həyatımda bir çox problem yaşadığım üçün satası oldum. Hətta disk təkər də sifariş etmişəm, alan adama elə üstündə hədiyyə kimi verəcəm. Maşını manheim auksionundan vuruqsuz almışam, nə qədər doğru çıxar bilmirəm ama el dilində bezkraska deyirlər :) maşının gələn kimi demək olar bütün xərclərini ödəmişəm, yağı bahalı yağla dəyişilib, siğortası yeni olunub. Diaqnostikasında heç bir problemi çıxmayıb. İstənilən yerdə yoxlada bilərik, nəsə problem çıxsa onu da özüm ödəyəcəm (məncə çıxmayacaq). Maşını da auksiondan eləcə baha almışam, üstündə pul da tutmuram ( sənədlərlə sübut edə bilərəm). Uzun sözün qısası, könül istərdi özüm sürüm. İnşallah xeyrini elə alan adam görəcək, mən də şəxsi problemimi aradan qaldıracam. Ümumi qiymətdən cuzi endirim də fikirləşirəm, o da maşının yanında :)