Toyota Land Cruiser GX.R 4.0 V6 – 2012, Dubay versiyası (GCC)
VİN: JTMHU09J4C4036726
Salam! Satışda şəxsi sürülmüş, yaxşı vəziyyətdə olan Toyota Land Cruiser GX.R var. 2012-ci il modeldir, Dubaydan (GCC) gətirilib. Bu versiyalar həm dözümlü olur, həm də təchizatı daha doludur.
Maşın 4.0 V6 benzin mühərriklədir – güclü, səssiz və rahatdır. Avtomatik sürət qutusu var. Həm şəhər üçün idealdır, həm də istəsən rahat şəkildə dağ, torpaq, çətin yollar üçün uyğundur – 4x4 sistemi aktivdir.
Salon geniş və rahatdır. Daxili qara dəri ilədir, bəzi hissələrdə qəhvəyi taxta dekorlar var, salonun görüntüsü çox səliqəli və klassikdir. Kondisioner işləkdir, multimedia sistemi, Bluetooth, USB, park sensorları və geri kamera da var – otur sür, rahat şəkildə sür.
Xarici qara rəngdədir, ümumi görünüşü səliqəlidir. Heç bir detal dəyişilməyib, ancaq bəzi yerlərində kraska istifadə olunub – açıq şəkildə demək istəyirəm ki, gələn şəxs istədiyi ustaya göstərib yoxlada bilər.
Təkərləri, diskləri yaxşı vəziyyətdədir. Elektrik oturacaqlar, hava yastıqları, ABS, təhlükəsizlik sistemləri – hamısı yerində və işləkdir.
Şəxsi maşınımdır, alverçi deyiləm. Sürüb özüm istifadə eləmişəm, sənədləri qaydasındadır.
Real alıcılar zəng və ya WhatsApp ilə əlaqə saxlaya bilər.Ciddi niyyəti olan yazsın, qiymətdə də razılaşmaq mümkündür.