Salam.
Maşın BEZKRASKADIR.
Xanım maşınıdır.
2018-ci il dekabrda Hyundai rəsmi dilerindən alınıb. İlk sahibiyik. Servisin ən full variantıdır.
Bütün xidmətlər servisdə olunub, servis kitabçası mövcuddur. Orginal shell yağı tökülür.
Maşında nə varsa zavoddur. Sonradan heçnə quraşdırılmayıb.
Start-stop, keyless go(açarsız daxilolma), avto pilot, bütün oturacaqların , rulun və aynaların qızdırılması, işıq sensoru, baqajın yaxınlaşdıqda avtomatik açılması. Qapıların tutacaqları xromdur. Dumannı, yaxın və uzaq vuran işıqlar hamısı lupadadır. Lupalarda , led qaşlarda zavoddur. Full variant olduğu üçün. Sadələrdə bunlar olmur. Digər accentlərdən fərqli olaraq disk-təkərdir. Qalpaq təkər deyil.
Maşın alınan gündən oturacaqlar üzlənib. Bu il yanvardada yeni çexol çəkmişəm. Firma çexoludu 300 AZN qiyməti var.
Ehtiyat təkəri, aletlər dəsti alınandan bəri istifadə olunmayıb. Üzərində veriləcək.
Maşın heç bir xərc tələb etmir.
Nə kosmetik, nə xadavoy işi yoxdur. Zavoddan necə çıxıb elədə qalıb.
Bu günə qədər nə maşın nədə faraları polirirovka belə olunmayıb. Ehtiyac yoxdur.
Alan adam nə polirirovka etdirəcək nə sürətlər qutusu(karobka) yağı dəyişməyəcək. Növbəti yağ dəyişmə 150.000 km-də olmalıdır. Təkərlər kumho orginaldı. İdeal vəziyyətdədir. Əyləc bəndi (nakladka) belə dəyişməyə ehtiyac yoxdur. Bir sözlə otur sür maşındır. Dekabra qədər sığorta və texasmoturuda var. Ona belə xərc çəkməyə ehtiyac yoxdur.
Alqı-satqı ilə məşğul olanlar narahat etməsin. Yeni maşın alındığı üçün satılır. Təcili deyil.
Qeyd: maşın nömrəsiz satılır. Alan adam adına keçirəcək.
Qiymətdə razılaşmaq mümkündür.