Prius C. “Perekidka” deyil, zavod sol sükan, zavod katalizator, zavod touch-screen monitor, zavod lupa-ksenon ön, led arxa faralar.
2021-ci ilin Sentyabrında 89.000 mil-də şəxsi istifadə üçün sifarişlə gətirilib, 2-ci maşın kimi xanım idarə edib. 4 ildə cəmi 18.000 mil sürülüb. İndi də çox az sürülür. Arxa zədə ilə gəlib, heç bir airbag atmayıb (istəyən olsa VIN kodu göndərə bilərəm).
Bu günə nə texniki, nə kosmetik heç bir xərci yoxdur, ideal vəziyyətdədir, istənilən yerdə yoxlaya bilərsiz. Bir sözlə otur-sür maşındı.
Bütün xidmətləri vaxtında yerinə yetirilib:
- Təkərlər 2024 Sentyabrında dəyişilib, 6-7.000 mil sürülüb, əla vəziyyətdədir.
- Motor yağı və filteri 2025 İyulda 106.500 mildə dəyişilib
- “Karobka” yağı və filteri 2024 Martında 100.000 mildə dəyişilib.
- Batareya, ABS, elektron sistemi idealdır, vaxtında baxılıb, qulluq olunub.