32+1 yerlikdir. Mator sıfırdan yığılıb — bütün hissələr, o cümlədən val və digər bahalı detallar tamamilə yenisi ilə əvəz olunub. Böyük kompressorla təchiz edilib, bu isə mühərrikin daha rahat işləməsini təmin edir. Kondisioner saz vəziyyətdədir və salonu tam soyudur. Boğucu mövcuddur və işləkdir. Arxa oturacaqlar paduşkalıdır. Akumulyator yenidir. Təkər yenidir.
Salon tam səliqəlidir və heç bir problemi yoxdur. Avtomobildə monitor, arxa kamera, uzaqdan idarə olunan mikrofon və səs gücləndiricilər mövcuddur. Mator 4900 turbo dizel mühərrikdir. Maşın tam saz vəziyyətdədir, heç bir texniki problemi yoxdur və biznes məqsədləri üçün tam yararlıdır.