BMW 528i 2.0 Turbo – 2015
Maşın tam ideal vəziyyətdədir – nə texniki, nə də kosmetik problemi var. Mühərrik səssiz və güclüdür, sürətlər qutusu yumşaq işləyir, keçidləri hiss eləmirsən. Servis baxışları vaxtında olunub, yağlar və filterlər həmişə vaxtında dəyişdirilib.
Salon təmiz və səliqəlidir – dəri oturacaqlar çatlamayıb, bütün elektronikalar işləyir. Avadanlıq olaraq da doludur: avtomatik sürətlər qutusu, iki zonalı iqlim-kontrol, park sensörləri, arxa kamera, Ksenon/LED işıqlar, multifunksiyalı dəri sükan, Bluetooth, USB və AUX bağlantısı və s.
Təkərlər yaxşı vəziyyətdədir, alüminium disklərlə birlikdə verilir. Maşın heç bir xərc tələb etmir – alan şəxs sadəcə oturub sürəcək. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.