Avtomobil çox yaxşı vəziyyətdədir, mühərrik, sürətlər qutusu, asqı və 4×4 sistemi problemsiz işləyir. Yürüş orijinaldır — 118 000 km, əsasən şəhər daxilində idarə olunub. Rəsmi Mitsubishi servisində qulluq olunub.
Salon təmiz, səliqəli və baxımlıdı. Kondisioner, kruiz-kontrol, dəri salon, orijinal (Rockford) audio sistemi mövcuddur. Təkərləri yaxşı vəziyyətdədir, ehtiyyat təkəri yenidir. 2 açarı mövcuddur.
Kuzada yalnız arxa buferdə kiçik kosmetik qüsur var, başqa heç bir problem yoxdur.
Avtomobil istənilən yerdə yoxlatdıra bilərsiniz. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.