Avtomobil əla vəziyyətdədir, xərc tələb etmir.
Ful salondur (lyuksuz), bütün funksiyaları işləkdir. Çox səliqəli idarə olunub. Maşının heçbir problemi yoxdur, istənilən yerdə yoxlatdırıla bilər, gündəlik sürülən öz maşınımdır. Taksidə sürülməyib.
Vuruq, udar, əlavə boya dəyən yeri qəti yoxdur. Dəmir detallar bezkraskadı. Salon və kuzası səliqəli və qüsursuzdu. Qabaq oturacaqlar elektron tənzimlənir və yaddaşlıdır. Motor və korobka saz vəziyyətdədir, yağları və motorun remen komplekti yeni dəyişilib. 4 təzə təkər, təzə akkumulyator, zavod arxa yan pərdələr, dəri salon, bar-soyuducusu var. İcbari siğorta yeni olunub.
Çox ekonomludur, şəhər içi 6-7 lt. trasda 5 lt. sərfiyyatı var.
Xahiş olunur fikri ciddi olanlar narahat etsin, endirim maşına baxıldıqdan sonra olunar.