Full komplektasiya!
VİN 2019, Bırka (istehsal tarixi) 2018-in dekabr ayı!
Avtomobili şəxsi istifadəm üçün Amerikadan gətirmişəm. Alıb satmaqla məşğul deyiləm, tamam ayrı peşənin sahibiyəm, sadəcə şəxsi məsələyə görə pul lazım olduğu üçün satıram.
Ölkəyə 1 aydır gəlib, Amerikanın Manheim saytından udarsız, vuruqsuz və tam zədəsiz alınıb, Porta yüklənmə şəkillərinə qədər təqdim edə bilərəm. Hal-hazırda şəkildə necə görünürsə Amerikadan da o vəziyyətdə alınmışdır, mexaniki zədə belə olmayıb. Xahiş edirəm, hərracdan alınan suda batmış, udarı, vuruğu, zədəsi olan avtomobillərlə müqayisə etməyəsiz.
Avtomobilin mühərrik yağı dəyişib, palirofka, ximçistka olunub və bütün rasxodnikləri də artıqlaması ilə ödənilib. Təkərlər də yenidir, 4-ü də original Michelin Pilot Sportdur. Disklər də original radnoy üstündə gələndir, sonradan qoyulan keyfiyyətsiz kitay diskləri deyil. Avtomobil ideal vəziyyətdədir, heç bir problemi yoxdur, hər hansı problem olduğu təqdirdə qiymətdən çıxılacaqdır. Gündəlik sürülmür, qaraj şəraitində saxlanılır.
Xahiş edirəm telefonda qiymət müzakirəsi aparmayın və xüsusilə də alverçilər narahat etməsin. Real alıcıya avtomobilin yanında cüzi endirim edəcəm.
Barter yalnız özündən ucuz avtomobillə oluna bilər.
Barter qiyməti- 56700$