Avtomobili özüm üçün Amerika auksionundan seçib gətizdirmişəm. Öz maşınımdır. Yüngül zədə ilə gəlib və heç bir ciddi zərərdən söhbət gedə bilməz. Restyle variantdır və B48 (G seriya) motorladır. Böyük monitor, Zavod Apple carplay və.s təchiz olunub. Ümumiyyətlə multimedia sistemi G seriyada olandır. Zolaq tanıma, zolaqdan çıxma xəbərdarlığı, maneə xəbərdarlaığı, ön oturacaqların və sükanın isidilməsi kimi bütün funksiyalar mövcuddur. Keyless go, ayaq jesti ilə baqaj açılıb bağlanması var. Təmir zamanı Original və təmirdə olmamış M-TECH buferlər, qapı ətəkləri quraşdırılıb. Ümumiyyətlə original olmayan heç bir ehtiyyat hissəsindən istifadə olunmayıb. Öz istifadəm üçün yığılıb hər bir detala diqqət olunub. Texniki cəhətdən də tam ideal vəziyyətdədir və lazım olan bütün dövri qulluqlar olunub. Yalnız Aİ-95 və Aİ-98 benzin istifadə olunub, yağ Meguin istifadə olunub və lazım olan əlavələr- Motor Safe, Motor Flush hər yağ dəyişmədə əlavə edilib. Bu yürüş, bu motorla olan F36 az saydadır. Həm texniki həm kosmetik heç bir xərc tələb etmir. İstənilən servisdə,ustada yoxladıla bilər.
Barter təkliflərinə yalnız böyük motor maşınlara baxılır (E53 4.8 İS ~150K yürüş, Mercedes S500 2009-2011, və.s)