Avtomobil satılır – əla vəziyyətdə
Maşın daim rəsmi Ford Club servisində texniki baxışdan keçib və qulluq olunub. Mühərrik yağı hər 5,000 km-dən bir dəyişdirilib, 5W-30 Volf yağı istifadə olunub. Soyuducu sistemi üçün isə Shell markalı antifriz tətbiq edilib. Bütün sərfiyyat hissələri (rasxodniklər) yaxın zamanda yenilənib və ən yaxşı məhsullar istifadə olunub.
Avtomobil çox komfortludur və heç bir texniki problemi yoxdur – otur və sür. Heç vaxt çapılmayıb, daim səliqəli və diqqətlə idarə olunub.
Satış səbəbi: Yeni SUV almışam, bu səbəbdən avtomobili satıram.
Qeyd: Avtomobil nömrəsiz satılır. Alan şəxs avtomobili öz adına rəsmiləşdirəcək.